Bakıda "KFC"də 3 uşaq zəhərləndi

16 Sentyabr 2016 11:25 (UTC+04:00)

Bakıda "KFC"də 3 uşaq zəhərlənib.

Bu barədə uşaqların valideynləri məlumat veriblər.

Onların sözlərinə görə, uşaqlar dünən günorta saatlarında "28 May" metro stansiyasının yaxınlığında yerləşən KFC-də yemək yeyiblər.

Axşam hər 3 uşağın vəziyyəti pisləşib. Bu gün səhər saatlarında uşaqlar xəstəxanaya aparılıblar. Onların vəziyyəti ağırdır. (aktual.az)