Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

16 Sentyabr 2016 21:36 (UTC+04:00)

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin Qırğızıstana səfəri sentyabrın 16-da başa çatıb.

"Manas" Beynəlxalq Aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Qırğızıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.