“Qarabağ”da ayrılıq – Legionerlərdən biri getdi

18 Sentyabr 2016 16:59 (UTC+04:00)

"Qarabağ" mərakeşli futbolçusu Əl Jadeyui Əl Hərbi ilə yollarını ayırıb.

Publika.az-a bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, Əl Hərbi ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Mərakeşli cinah yarımmüdafiəçisi artıq xeyli vaxtdır ki, əsas heyətdə yerini itirmişdi. Xüsusilə, o, avrokubok matçlarında baş məşqçi Qurban Qurbanov tərəfindən şans qazanmırdı.

Əl Hərbi son vaxtlar daha çox "Qarabağ"ın əvəzedici komandasında görünürdü.