Əsəd ABŞ təyyarəsini vurdu – SON DƏQİQƏ

19 Sentyabr 2016 12:43 (UTC+04:00)

Suriyada vəziyyət getdikcə pisləşir.

Publika.az “Sputnik” agentliyinin Türkiyə xidmətinə istinadən xəbər verir ki, Suriya ordusunu Der ez-Zor bölgəsində yerləşən hərbi bazanın ABŞ tərəfindən bombalanmasından sonra əks həmlə Dəməşq rejimindən gəlib.

Məlumata görə, bu səhər eyni bölgədə Suriya ordusu ABŞ-a aid bir pilotsuz təyyarəni vurub.

AMN xəbər agentliyi isə “ərəb dünyasına yaxın” bir mənbəyə istinad edərək Suriya ordusunun 137-ci topçu briqadasına bağlı 17-ci tank birliyi tərəfindən atəş açılan pilotsuz təyyarənin Suriyanın hava məkanını tərk etdiyini qeyd edib.

Suriya müxalifətində bir səlahiyyətli isə ölkədəki atəşkəs rejiminin müvəffəqiyyətsizliyə uğradığını və başa çatdığını söyləyib.

Ömər Dağlı