Neft ucuzlaşdı

20 Sentyabr 2016 10:06 (UTC+04:00)

Dünya bazarında neft ucuzlaşır.

Publika.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar azalaraq 43,08 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar azalaraq 45,81 dollar olub.