Qadın özünü bıçaqladı, boğazını kəsdi - Azərbaycanda

20 Sentyabr 2016 15:22 (UTC+04:00)

Quba rayonunda qadın özünə xəsarət yetirib.

Rayonun Nügədi kənd sakini, 1957-ci il təvəllüdlü Əfəndiyeva Zülfiyyə Rza qızı müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ona qarın və döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.



İlkin məlumatda qadının özünə xəsarət yetirdiyi bildirilir.


Hazırda xəsarət alan şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.


Faktla bağlı Quba rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. (apa)