Prezidentdən ədəbsiz hərəkət - VİDEO

21 Sentyabr 2016 14:30 (UTC+04:00)

Filippin prezidenti Rodriqo Duterte Avropa Birliyini cəhənnəmə “göndərib”.

Publika.az “Time” nəşrinə istinadən xəbər verir ki, Avropa Parlamentinin qətnaməsi dövlət başçısını qəzəbləndirib.

Qətnamədə narkotiklərə qarşı mübarizə üzrə Filippin hakimiyyətinin metodları tənqid olunur.

“Mən oxudum ki, Avropa Birliyi mənim hərəkətlərimi ittiham edir. Beləliklə, Avropa ölkələri Yaxın Şərq ölkələrində işlətdiyi günahları ört-basdır etməyə çalışır”, - Duterte ölkənin cənubunda yerləşən Davao şəhərində yerli məmurlarla görüş zamanı bildirib.

Nəşr qeyd edir ki, dövlət başçısı bu zaman orta barmağını qaldırıb.

Qeyd edək ki, Duterte bu ayın əvvəlində ABŞ prezidenti Barak Obamanı “əxlaqsız qadının oğlu” adlandırıb.Bu ilin avqustunda isə Filippin prezidenti ABŞ-ın ölkədəki səfiri Filip Qoldberqi "tula oğlu" və "homoseksualist" adlandırmış, onu Filippinin daxili işlərinə "burun soxmaq"da ittiham etmişdi.

Ömər Dağlı