BƏD XƏBƏR: 2017-ci ilin mayına kimi rəsmi tətil olmayacaq

22 Sentyabr 2016 17:24 (UTC+04:00)

Ramazan və Qurban bayramlarında üst-üstə 18 gün evdə qalan Türkiyə vətəndaşları bu dəfə pis xəbər alıb.

Publika.az xəbər verir ki, Türkiyə saytlarından biri 2017-ci ildə olacaq rəsmi bayramların hansı günlərə düşməsini araşdırıb. Və məlum olub ki, bütün əsas bayramlar həftəsonuna və ya istirahət günlərinə düşür. Odur ki, 2017-ci ilin mayına kimi bayramlar iş günlərinə mane olmayacaq.

Pərviz Hikmət