DƏHŞƏT: Ata xərçəngə qalib gələn 1 yaşlı qızını öldürüb yandırdı - FOTO

23 Sentyabr 2016 09:01 (UTC+04:00)

Nyu-Yorkda tükürpədən hadisə baş verib.

“Hurriyet” xəbər verir ki, Ryan Laurens adlı bir kişi göz xərçəngi xəstəliyinə qarşı mübarizədə qalib gələn 1 yaşlı qızı Maddoksu beyzbol taxtası ilə döyərək qətlə yetirib. O, daha sonra körpənin cəsədini yandırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan 25 yaşlı ata qızını ona göstərilən diqqət və qayğını qısqandığına görə öldürdüyünü etiraf edib.

Qatil ata törətdiyi cinayət əməlinə görə ən azı 25 il müddətinə azadlıqdan məhrum olunacaq. (qafqazinfo)