Pakistan və Rusiyadan bir ilk

24 Sentyabr 2016 05:11 (UTC+04:00)

Pakistan və Rusiya ilk dəfə olaraq birlikdə hərbi təlimlər keçirəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Rusiyanın Quru Qoşunlarına aid hərbçilər iki həftə davam edəcək hərbi təlim üçün Pakistana gedib.

Məlumata görə, təlimlər ölkənin şimal-qərbindəki Cerat Xüsusi Qüvvətlər Təlim Mərkəzində keçiriləcək.

Hər iki ölkədən cəmi 200 əsgərin qatılacağı "Dostluq-2016" hərbi təlimlərinin sabah başlaması gözlənilir.