FHN 3 azyaşlını xilas etdi

25 Sentyabr 2016 08:06 (UTC+04:00)

Bakı şəhəri, Yasamal rayonunda mənzildə 3 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və uşaqları aidiyyəti üzrə təhvil veriblər.