Namus üstündə 39 yaşlı kişini döydülər, sonra da… - AĞDAMDA

25 Sentyabr 2016 18:03 (UTC+04:00)

Ağdamda 39 yaşlı kişi döyüldükdən sonra bıçaqlanıb.

Publika.az xəbər verir ki, hadisə rayonun Çıraxlı kəndində qeydə alınıb.

Ağdam Mərkəzi rayon Xəstəxanasından verilən xəbərə görə, İsmayılov Elnur Asif oğlu xəstəxanaya daxil olarkən onun sol üz nahiyəsi və əllərinin üstü kəsilmiş deşilmiş vəziyyətə olub. Hadisənin qısqanclıq zəminində baş verdiyi güman olunur. E. İsmayılovu kənd məzarlığına aparan bir qrup şəxs onu döydükdən sonra bıçaqlayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)