Əmmanda tanınmış yazıçı öldürülüb - FOTO

26 Sentyabr 2016 02:33 (UTC+04:00)

İordaniyanın tanınmış yazıçı və publisisti Nahed Hattar şəhər məhkəməsinin qarşısında qətlə yetirilib.

Bu barədə RETRA dövlət informasiya agentliyi ölkənin təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb. Mənbənin məlumatına görə, naməlum şəxs yazıçının başına üç güllə vurub.

Cinayətkar həbs olunub və hazırda hadisə ilə bağlı təhqiqat aparılır.