Sabiq “Qalatasaray”lıya seks kaseti şantajı - FOTO

27 Sentyabr 2016 14:08 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Covanni Dos Santos seks kaseti təhdidi alıb.

Publika.az xəbər verir ki, Cənubi Amerikada yayınlanan "Las Mananitas Show" adlı teleproqramda 27 yaşlı oyunçunun xoşagəlməz görüntülərlə şantaj olunduğu vurğulanıb.

Meksikalı yarımmüdafiəçi ilə bağlı kasetin hərraca çıxarılacağı bildirilir.

Qeyd edək ki, Covanni Dos Santos hazırda ABŞ-ın "Los Anceles Qalaksi" klubunda forma geyinir. O, İngiltərə "Tottenhem"ində çıxış etdiyi vaxt - 2010-cu ilin yanvarında "Qalatasaray"a yarım mövsümlük icarəyə verilib.