Zorlamaya görə 527 nəfər şübhəli bilindi

15 Aprel 2014 13:50 (UTC+04:00)

Fransanın qərbində yerləşən La-Roşel şəhərinin prokuroru 16 yaşlı məktəbli qızı zorlayan cinayətkarı tapmaq üçün müstəsna yola əl atıb. Belə ki, cinayətkarı tapmaq üçün 527 kişidən DNT analizi götürüləcək. Mütəxəssislər onların hər birinin ağız suyundan nümunə götürməklə cinayətkarı aşkar edəcək.

Analiz cinayətin baş verdiyi Fenelon-Notre Dame liseyinin tələbələri, müəllimləri və xidmət heyətindən götürüləcək.

Camalə