Bərdədə yaşayış evi yanıb

17 Aprel 2014 22:07 (UTC+04:00)

Bərdə rayonunda yaşayış evində yanğın baş verib.

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Mirzəcəfərli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları qismən və bitişik ümumi sahəsi 39 kv.m olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.