Faiq Ağayev ailə qurmasından danışdı: "Evlənəcəyim xanım ağıllı və...."

19 Yanvar 2014 11:16 (UTC+04:00)

Xalq artisti Faiq Ağayev xəyalındakı xanımdan danışıb.

Xəzər telekanalında yayımlanan “İncə sənət” verilişinin qonağı olan müğənni sevəcəyi xanımın ağıllı və evdar olmasını istəyir:

“Mən sevgiyə layiq, gözəl yaşamağı bacaran biriyəm. Evlənəcəyim xanım da gözəl, ağıllı və evdar olmalıdır. Belə birini axtarıram. Yaradıcı insan yanında nə qədər dostu, yaxını olsa da, yalnızdır. Hərdən depressiyaya düşürəm, amma çox pis olmuram. Məni tərbiyəsizlik, ədalətsizlik depressiyaya salır”.