“Nike” “zirehli” formaları təqdim etdi – FOTOLAR

25 Aprel 2014 16:08 (UTC+04:00)

Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcək 10 ölkənin yığması “Nike” kompaniyasının hazırladığı formalardan yararlanacaq.

Publika.az xəbər verir ki, “Nike” Braziliya, Hollandiya, Xorvatiya, Portuqlaiya, Fransa milliləri üçün hazırladığı formaları təqdim edib.

Formalar ən müasir texnoloji innovasiyaları özündə birləşdirir. Ekoloji səmərəliliyi özündə birləşdirən formalar futbolçuları istidən qoruyacaq, onların bədən temperaturunun sabit qalmasını təmin edəcək. Formaların üzərində hər ölkənin mədəni irsini əks etdirən görüntülər də yer alıb.