Milyarderin xanımı son görüntüsü ilə təəccübləndirdi FOTOLAR

28 Sentyabr 2016 10:45 (UTC+04:00)

Bir dövrün məşhur Olsen əkiz bacılarından biri tanınmaz hala düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı Meri Keyt Olsen 47 yaşlı milyarder həyat yoldaşı Olivye Sarkozi ilə birlikdə dəniz sahilində istirahət edərkən görüntülənib. Qara bir bikini geyinən Olsen uzun müddət üzdükdən sonra dəsmalına bürünüb otağına gedib. Fransanın sabiq prezidenti Nikolya Sarkozinin qardaşı Olivye Sarkozi ilə evli olan aktrisa inanılmaz dərəcədə arıqladığı diqqətdən qaçmayıb.

Xatırladaq ki, əkiz bacılar artıq uzun müddətdir ki, aktrisa kimi fəaliyyət göstərmir. Olsen bacıları şəxsi brendini yaradıb, hazırda dizaynerliklə məşğul olur.

Aytən