Ronaldo Əmrə Moru tutdu və… VİDEO

28 Sentyabr 2016 13:08 (UTC+04:00)

Çempionlar Liqasının 2-ci turunda Dortmundda baş tutan “Borussiya” – “Real” oyunundan sonra Türkiyə futbolunun gənc istedadı Əmrə Mor unudulmaz anlar yaşayıb.

Publika.az xəbər verir ki, qarşılaşmanın final fitindən sonra Madrid klubunun lideri, dünyanın ən yaxşı futbolçusu Kristiano Ronaldo Əmrəylə görüşərək onu təbrik edib və saçını sığallayıb.

Oyuna 77-ci dəqiqədən qoşulan Mor iki dəfə “Real”ın qapısına təhlükəli zərbə endirsə də, fərqlənə bilmədi.

Pərviz Hikmət