Ağcabədidə 20 yaşlı qız itkin düşdü

26 Aprel 2014 20:25 (UTC+04:00)

Ağcabədi rayonunda 20 yaşlı qızın itkin düşüb.

Hadisə rayonun Hacıbədəlli kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Mehdiyeva Günay Füzuli qızının valideynləri onun itkin düşməsi barədə rayon prokurorluğuna müraciət ediblər. Hələ ki, qızın hansı şəraitdə və necə itkin düşməsi barədə heç bir məlumat verilmir. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızın axtarışna başlayıblar. /Teleqraf.com/