Azərbaycanlı müxbir çəkiliş zamanı uçurumdan yıxıldı - VİDEO

27 Aprel 2014 16:18 (UTC+04:00)

Azərbaycanın "Kanal S" telekanalının müxbiri çəkiliş zamanı uçurumdan yıxılıb.

Hadisə rayonların birində baş verib. Müxbir aramsız yağan yağışlar səbəbilə sürüşməyə meyilli ərazilərdə aktivliyin qeydə alınması barədə material hazırlyan zaman anidən ayağı sürüşərək yıxılıb. Xoşbəxtlikdən hündürlük çox olmadığından müxbir elə də ciddi xəsarət almayıb. Qolu əzilən aparıcının yıxılma anı kameraya düşüb.

Müxbir yıxıldığı zaman operator kameranı qoyaraq müxbirin yanına qaçır və ona qalxmaqda köməklik edir.