Kiber döyüş, nüvə qarşıdurması – “Soyuq müharibə” qapıda

8 Oktyabr 2016 15:02 (UTC+04:00)

“Suriya məsələsinə görə, ABŞ-Rusiya münasibətləri ən yüksək səviyyədə gərginlik yaşayır. Bu gərginlik hətta “soyuq müharibə” dövründən də təhlükəlidir”.

Publika.az
xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frans-Valter Ştaynmayer deyib.

“Bild” qəzetinə danışan Ştaynmayer Ukrayna böhranı, kiber müharibə, nüvə silahı kimi məsələlərdə ABŞ-Rusiya qarşıdurmasının Suriya məsələsində daha da kəskinləşdiyini bildirib.