Azərbaycan - Norveç oyunu ərəfəsində faciə - VƏZİYYƏTİ AĞIRDIR (YENİLƏNİB) - FOTO

9 Oktyabr 2016 12:13 (UTC+04:00)

Dünən keçirilən Azərbaycan - Norveç matçına gedən zaman körpüdən yıxılan Zahidov Nahid Hafiz oğlunun vəziyyəti ağır olaraq qalır. Bu barədə 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Zahidovun həkimi Aydın Kazımov xəstənin diaqnozunu açıqlayıb: "Xəstəyə qara ciyərin cırılması, dalağın partlaması, sidik kisəsinin cırılması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu qoymuşuq”.

Həkim qeyd edib ki, onun həyatı üçün təhlükə davam edir: "Xəstə hazırda reanimasiya şobəsinə yerləşdirilib. Həyatı üçün təhlükə ondan ibarətdir ki, çoxlu orqanlarda zədələnmələr var. Hər şeyi valideyinlərinə də başa salmışıq. Şükür allaha ki, hələlik salamatçılıqdır. Əməliyyatı 3 saatdan yuxarı davam edib”.

Qeyd edək ki, əslən Lerik rayonundan olan Nahid hərbi xidmətdən yeni gəlib. O, ailənin iki övladından biridir. Bir bacının qardaşı olan Zahidov Kooperasiya Universitetinin məzunudur.

10:49

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan-Norveç oyununa baxmağa gələn azarkeşlərdən biri stadiona gedən yolda yıxılıb.

Publika.az Futbol11.az saytına istinadən xəbər verir ki, körpüdən yıxılan azarkeş Nahidov Nahiddir.

Hadisədən dərhal sonra 3 saylı Sabunçu Klinik Xəstəxanasına aparılan Nahidovun vəziyyəti ağırdır.

Məlumatı onun aparıldığı xəstəxanadan da təsdiqləyiblər.