Bu insanlar qan verə bilməz

12 Oktyabr 2016 10:57 (UTC+04:00)

Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı bu gün Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyası ilə əlaqədar vətəndaşlara müraciət edib.

Publika.az xəbər verir ki, müraciətdə 60 yaşdan yuxarı olan insanların qanvermədə iştirak etməməsi tövsiyyə olunur.

Müracitdə deyilir ki, əgər 65 yaşadək olan şəxslər davamlı olaraq 3-4 dəfə qan veribsə, o zaman həmin yaşadək olan insanlar qanvermədə iştirak edə bilər: “Əks halda 60 yaşdan yuxarı olan insanların qan verməsinə icazə verilmir”.

Vasif Həsənli