Bakı Avtovağzalı qaranlığa qərq oldu

13 Oktyabr 2016 09:24 (UTC+04:00)

Bakı Beynəlxalq Avtovağzalı qaranlığa qərq olub.

Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 10 dəqiqədir avtovağzalın elektrik enerjisi kəsilib. Avtovağzalda olanlar telefon işıqlarından istifadə edirlər.

Elektrik enerjisinin kəsilməsi ilə bağlı hələlik avtovağzal rəhbərliyi açıqlama verməyib.

Asif Nərimanlı