İraq Türkiyəyə nota verdi

13 Oktyabr 2016 15:27 (UTC+04:00)

Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçı İraq Xarici İşlər Nazirliyinə çağırılaraq nota təqdim edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, notada Türkiyənin Başikadakı hərbi varlığına etiraz ifadə olunub.

Mosulun İŞİD-dən təmizlənməsi üçün əməliyyata günlər qaldığı bir vaxtda Ankara-Bağdad xəttində gərginlik artır. Bağdad Başikadakı türk əsgərlərinin geri çəkilməsini tələb edir.

Türkiyə isə əsgərlərin bölgədə qalacağını və Mosul əməliyyatına qatılacağını bir neçə dəfə bəyan edib.

Ömər Dağlı