Füzulidə 1,8 milyon yaşı olan fil sümüyü tapıldı - FOTO

13 Oktyabr 2016 17:05 (UTC+04:00)

Füzulidə 1,8 milyon il yaşı olan fillər fəsiləsinə aid heyvanın sümüyü tapılıb.

Sümük rayonun Mahmudlu kəndində tapılıb.

Rayonun Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədovun verdiyi məlumata görə, fillər fəsiləsinə aid heyvanın sümüyünün uzunluğu 135 sm, çəkisi 50 kq-dır: "Aparılan araşdırma zamanı məlum olub ki, ərazidən tapılan sümüyün yaşı 1.8 milyon əvvəl yaşayan heyvana məxsusdur".