İpoteka Fondu istiqrazlarının 5 mln. manatlıq hissəsi yerləşdirilib

28 Aprel 2014 17:13 (UTC+04:00)

28 aprel 2014-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2008008685 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Publika.Az fonda istinadən xəbər verir ki, istiqrazlar cari qiymətlə satışa çıxarılıb. Hərracda 4 investor iştirak edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 51 174 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.

Leyla