Poroşenko Rusiya ilə bağlı fərman imzaladı

18 Oktyabr 2016 02:05 (UTC+04:00)

Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiya məmurlarına qarşı sanksiyaların vaxtını uzadıb.

Axar.az xəbər verir ki, bu barədə Poroşenko fərman imzalayıb.

Sanksiyalar Nazirlər Kabineti, Təhlükəsizlik Xidməti və Milli Bankı tərəfindən tətbiq edilib və bir il müddətinə uzadılıb.

Qeyd edək ki, ötən ilki siyahıda 335 fiziki və 167 hüquqi şəxs yer almışdı.