Bakının mərkəzində uçqun - FOTOLAR

18 Oktyabr 2016 10:49 (UTC+04:00)

Bakının Nəsimi rayonu, Azadlıq prospektində yerləşən yaşayış binasında uçqun olub.

Binanın 3-cü mərtəbəsində balkon uçub. Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşını cəlb edilib.

FHN əməkdaşlarının verdiyi məlumata görə, aramsız yağışlar nəticəsində binanın 3-cü mərtəbəsindəki balkonun beton piltələri su çəkib və nəticədə çöküb. Eyni zamanda binanın 2-ci mərtəbəsindəki balkona ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sakinlərin sözlərinə görə, uçqun olan bina köhnə olduğundan bundan öncə də belə hadisələr baş verib. (azvision.az)