Kəmaləddin Heydərov kadr dəyişikliyi etdi

28 Aprel 2014 18:59 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Museyibov vəzifədən azad edilib, onun yerinə AzərTAc-ın Türkiyə üzrə xüsusi nümayəndəsi Oqtay Bayramov təyin edilib.

Bu barədə "Aznews.az"ın yaydığı məlumatı "Axar.az"a təsdiqləyən O.Bayramov bildirdi ki, o, FHN-nin Mətbuatla əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat alıb və artıq vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, uzun illər AzərTAc-da müxtəlif vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun digər sərəncamı ilə Tural Museyibov FHN-in Muğan regional şöbəsinin rəis müavini təyin edilib.