Rusiya Ukrayna ilə sərhəddə qoşunlarını geri çəkdi

29 Aprel 2014 02:39 (UTC+04:00)

Ukrayna ilə sərhəddə cəmləşmiş Rusiya hərbi birləşmələri geniş miqyaslı hərbi təlimləri dayandıraraq öz daimi dislokasiya yerlərinə qayıdıb. Bu barədə müdafiə naziri Sergey Şoyqu ABŞ-ın müdafiə naziri Çak Hygellə söhbət zamanı bildirib.

“Ukrayna hökuməti dinc əhaliyə qarşı nizami ordu hissələrindən istifadə niyyətinin olmadığını bəyan edən kimi təlimlər dayandırılıb və qoşunlar öz daimi dislokasiya yerlərinə qayıdıb”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. /Musavat/