Kərkükdə 4 kamikadze özünü partlatdı

25 Oktyabr 2016 09:54 (UTC+04:00)

İŞİD terrorçuları eyni vaxtda Kərkükdə 4 kamikadze hücumu təşkil edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 4 İŞİD kamikadzesi Kərkükün Bağdad yolu üzərində yerləşən körpüdə, “Yaşıl bazar” və Seyada bölgələrində özlərini partladıblar.

Terror hücumu nəticəsində xeyli sayda ölən və yaralananların olduğu deyilir.

Vasif Həsənli