Siqaret çəkən insanla bir evdə yaşayırsınızsa...

31 Oktyabr 2016 08:33 (UTC+04:00)

Con Hopkins Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, siqaret çəkməyən, lakin siqaret çəkən insanlarla birlikdə yaşayan və ya işləyən insanda insultun riski artmış olur.

Belə passiv şəkildə siqaret çəkən insanlarda insultun riski 50% artır.

Bundan əlavə bu insanlarda ürək-damar sistemi xəstəliklərinin, astmanın, infeksiyaların, ağciyər xərçənginin riski də atmış olur.

Alimlər siqaret çəkən insanlardan uzaq durmağı, siqaret tüstüsünə məruz qalmamağı tövsiyə edirlər. Siqaret tüstüsü uşaqlar və hamilə qadınlar üçün xüsusilə təhlükəlidir.
Beləliklə, siqaret çəkən insan tək öz sağlamlığına deyil, ətrafda olan insanların, ailə üzvlərinin, uşaqların sağlamlığına da ciddi ziyan vurur. (saglamolun.az)