Neft ucuzlaşmaqda davam edir

2 Noyabr 2016 09:11 (UTC+04:00)

Dünya bazarında neft ucuzlaşıb.

Publika.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,37 dollar azalaraq 46,30 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar azalaraq 47,85 dollar olub.