Nazir müşaviri dəyişdirildi

5 Noyabr 2016 11:30 (UTC+04:00)

Azərbaycanın vergilər naziri Fazil Məmmədovun müşavirlər heyətinin tərkibində dəyişiklik edilib.

Bu barədə Publika.az Vergilər Nazirliyinin saytına istinadən məlumat verir.

Məlumatda qeyd edilir ki, Natiq Şirinov yeni müşavir təyin olunub. İlqar Əhmədov isə müşavirlərin sırasını tərk edib.

Hazırda vergilər nazirinin müşavirlərı 10 nəfərdən ibarətdir.