Tramp və Klintonun tərəfdarları dalaşdılar

9 Noyabr 2016 14:17 (UTC+04:00)

Nyu-Yorkda prezidentliyə namizədlər Donald Tramp və Hillari Klintonun tərəfdarları arasında qarşıdurma baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qarşıdurma “Tramp-tauer” göydələninin qarşısında baş verib.

Binanın qarşısına Trampı dəstəkləyən təxminən 40 nəfər toplaşıb. Onları “Make America Great Again” (“Amerikanı yenidən böyük edək” – Trampın seçkiqabağı kampaniyasının şüarı) yazılmış plakatları saxlayırdılar.

Bir müddət sonra Tramp və Klintonun tərəfdarları tərəfindən münaqişə yaranıb.. Hadisəyə polis müdaxilə etməli olub.

Ömər Dağlı