İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib

30 Aprel 2014 15:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanı qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.