Ukrayna ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

30 Aprel 2014 16:02 (UTC+04:00)

Rusiyanın hərbi müdaxililə təhlükəsi ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Ali Radanın sədri, prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov vilayət rəhbərlərinin toplantısında bildirib.

A.Turçinovun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı kontinental müharibə başlamaq ehtimalı realdır. “Bizim silahlı qüvvələrimiz tam döyüş hazırlığı vəziyyətinə gətirilib”, - A.Turçinov deyib.

Ömər Dağlı