Bakıda saxta avro satan əcnəbilər tutuldu

26 Noyabr 2016 12:30 (UTC+04:00)

Bakıda saxta əskinas satan əcnəbilər yaxalanıb.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Gürcüstan vətəndaşı Taleh Naibov və Ukrayna vətəndaşı Valentina Bilık 19 ədəd 500 avroluq saxta əskinası satarkən saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.