ABŞ-da ticarət mərkəzində atışma - 1 nəfər öldü

27 Noyabr 2016 08:16 (UTC+04:00)

ABŞ-ın Florida ştatında ticarət mərkəzində atışma baş verib.

Publika.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, digəri isə xəsarət alıb.

Koral-Sprinqs şəhərindəki ticarət mərkəzinin binası mühasirəyə alınıb.