London metrosu tüstülədi

28 Noyabr 2016 02:46 (UTC+04:00)

Londonda metro qatarında tüstülənmə baş verib.

Publika.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, insidentlə əlaqədar sərnişinlər iki stansiyadan təxliyə edilib.

Qatarların hərəkətində gecikmə yaranıb. Zərərçəkənlər barədə məlumat verilmir.

Məlumata görə, stansiyalar “Arsenal” futbol klubunun stadionu yaxınlığında yerləşir.