"El Klasiko" şoku: azarkeşlər onları görməyəcək

28 Noyabr 2016 23:56 (UTC+04:00)

Şənbə günü İspaniya La Liqasında mövsümün ilk "Barselona" - "Real" matçı baş tutacaq.

Publika.az xəbər verir ki, komandalar azarkeşlərin maraqla gözlədiyi "El Klasiko"ya tam heyətlə çıxa bilməyəcək.

Belə ki, hər iki tərəfin heyətində 4 itki var. "Barselona"da Andres İnyesta, Samuel Umtiti, Jordi Alba və Ceremi Matyu meydana çıxmayacaq.

"Real"da isə Qaret Beyl, Toni Kroos, Alvaro Morata və Rafael Varan "El Klasiko" həyəcanını meydanda yaşaya bilməyəcək.