Bakıda daha bir yeraltı piyada keçidi tikilir - FOTO

10 Dekabr 2016 05:45 (UTC+04:00)

Bakıda daha bir yeraltı piyada keçidinin tikintisinə başlanılır.

Publika.az xəbər verir ki, piyada keçidi Yasamal rayonunun Hüseyn Cavid prospektində, Hüseyn Cavid parkı ilə Akademiya bağı arasındakı piyada zolağının yaxınlığında inşa ediləcək.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yeraltı piyada keçidinin tikintisinə yaxın vaxtlarda başlanacaq. İki çıxışı olacaq keçiddə eskalatorun quraşdırılması nəzərdə tutulmur. (trend)