Hər şeyin olduğu, insan olmayan şəhərdən reportaj - Marketlər hələ də doludur... - FOTO

22 İyul 2018 14:18 (UTC+04:00)

Malayziyalı fotoqraf Keov Vee Loonq nüvə fəlakətinin yaşandığı Yaponiyanın Fukuşima şəhərini çəkib.

Publika.az xəbər verir ki, 2011-ci ildə 8.9 bal gücündə zəlzələnin ardından sunami fəlakəti ilə sarsılan şəhərdəki nüvə stansiyasında partlayış baş vermişdi.

Sözügedən nüvə stansiyasına 20 km məsafədəki bütün ərazilər "qadağan olunmuş bölgə" elan edilib. Əraziyə giriş-çıxışa icazə verilmir.