Sivilizasiyadan kənarda qalmış qəbilə tapıldı

12 Dekabr 2016 01:58 (UTC+04:00)

Braziliyanın şimalında Venesuela ilə sərhəddəki Amazon cəngəlliklərində sivilizasiya ilə heç vaxt əlaqəsi olmayan kiçik qəbilə aşkarlanıb.

Publika.az xəbər verir ki, təxminən 100 nəfərin yaşaya biləcəyi kiçik kəndin təyyarədən fotosu çəkilib. Adıçəkilən qəbilə Yanomamo xalqına aid edilir. Bu xalq təxminən 35 min nəfərdən ibarət bir neçə qohum qəbiləni özündə birləşdirir.

Hökumət qəbilənin özünəməxsus həyat tərzinin saxlanılması məqsədilə onlarla əlaqə qurmaq niyyətində deyil. (interaz)