Berlində DƏHŞƏTLİ TERROR - Ölənlərin sayı 12-yə çatdı (YENİLƏNİB) - VİDEO

20 Dekabr 2016 05:35 (UTC+04:00)

Almaniyanın paytaxtı Berlin şəhərində yük maşınının Milad yarmarkası ziyarətçilərinin üzərinə sürülməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Bu barədə Berlin polisi öz "Twitter" səhifəsində məlumat yayıb. Bundan əvvəl 9 nəfərin öldüyü bildirilirdi.

***

Berlində baş verən teror hadisəsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

***

Almaniyanın paytaxtı Berlində baş verən terror hadisəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Hadisə Yeni il yarmarkasında baş verib.

***

Ankarada Rusiya səfirinin sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra daha bir terror hadisəsi Berlində baş verib.

Publika.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, yük maşını Milad bayramı üçün təşkil olunan bazara girib.

Hadisə nəticəsində xeyli yaralıların olduğu bildirilir. Bir nəfər ölüb.

Polis hadisənin terror aktı olduğunu ehtimal edir.

Pərviz Hikmət