Rusiya səfirinin qətlinə görə məsuliyyəti bu təşkilat üzərinə götürdü

21 Dekabr 2016 15:42 (UTC+04:00)

“Ceyş əl-Fəth” silahlı koalisiyası Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda “As-Sumariya” telekanalı bildirib.

Təşkilatın bəyanatında deyilir ki, səfirin qətli Hələb üçün qan qisasıdır. Ceyş əl-Fəth” silahlı koalisiyası Suriyada rejim qüvvələrinə qarşı vuruşan qüvvədir.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada silahlı hücuma məruz qalıb. Hücum səfirin Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında iştirakı zamanı təşkil edilib. Səfir aldığı yaralardan xəstəxanada həyatını itirib.

Ömər Dağlı