Molla yas idarə edərkən öldü

25 Dekabr 2016 14:17 (UTC+04:00)

Bu gün Salyan rayonunun Kürkənd kəndində, yaşadığı evin qonşuluğunda keçirilən yas məclisini idarə edərkən 81 yaşlı molla Fitat Muradov dünyasını dəyişib.

Publika.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Fitat Muradov yas mərasimlərinin məşhur mərsiyəxanı kimi tanınıb.

Onun qəfil ürəktutmasından vəfat etdiyi bildirilir.